• $
  • €
  • ₽
  • ₺
  • £

Rəbiyyət Aslanova: "Gənclər bilməlidir ki..."

Rəbiyyət Aslanova: "Gənclər bilməlidir ki..."
29.03.2014 14:00

“Azərbaycan gənclərinin Suriyaya getməsi prosesi artıq dayanıb".APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. R. Aslanova bildirib ki, hazırda Suriyada müxtəlif qruplaşmaların tərkibində olan azərbaycanlı gənclər daha əvvəl bu ölkəyə gedənlərdir: "Gənclərimiz bilməlidirlər ki, muzdla başqa ölkələrdə vuruşmaq qanunun pozulması deməkdir. Bu gənclərin belə bir yol seçmələrində qanunları bilməmələri, məlumatsızlıqları əsas rol oynayıb. Gənclərimiz müəyyən qüvvələrin təsiri altında bu yola düşüblər. Hazırda gənclərin maarifləndirilməsi istiqamətində işlər aparılır, qanunlarımız sərtləşdirilib. Gənclərimiz qanunlarımızın əsas müddəalarını bilməlidirlər. Gedən insanlarımızın geri qayıdacağına inanıram. Bu gənclər də geri qayıdanda qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan vətəndaşlarının bu gün Suriyada başlarına gələnlər, hər ölüm xəbəri bizi narahat edir. Övladları Suriyaya gedən valideynlərin də vəziyyətini başa düşürəm. Heç bir ana övladının xarici ölkədə ölməsini istəməz".R. Aslanova qeyd edib ki, Azərbaycan gənclərinin Suriyada ayrı-ayrı qruplaşmaların tərkibində döyüşməsi ölkələr arasındakı münasibətlərə də pis təsir edir.ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol