• $
  • €
  • ₽
  • ₺
  • £

“European Voice”: Azərbaycan sərhədə qoşun yığır

“European Voice”: Azərbaycan sərhədə qoşun yığır
28.03.2014 14:28

“Krımın Rusiya tərəfindən ələ keçirilməsi Azərbaycanda narahatlığı gücləndirir”.

Krımın Rusiya tərəfindən ələ keçirilməsi Qafqazda narahatlığı gücləndirir və son vaxtlar regionda sərhəd boyu hərbi aktivlik müşahidə olunmaqdadır.

ANN.Az Virtualaz.org-a istinadən xəbər verir ki, “European Voice” nəşrinin redaktoru Endryu Qardnerin məqaləsində belə deyilir.

Nəşr yazır ki, son iki ay ərzində Gürcüstan Rusiya təyyarələrinin onun hava məkanına müdaxiləsi barədə xəbər verib, Azərbaycanın Ermənistanla sərhədində isə hərbi qüvvələrin cəmləşdirilməsi müşahidə edilir.

Məqalədə bildirilir ki, hazırda narahatlıq hələ həyəcana çevrilməyib:

“Rusiyanın hərbi müdaxiləsi Soçi olimpiadasına və olimpiya oyunlarının keçirildiyi dövrdə də baş verdi. Azərbaycan qoşunları isə təmas xəttində yaz aylarında tez-tez fəallaşır. Lakin siyasətçilərin və diplomatların addımlarını xüsusilə ehtiyatla atdığı bir vaxtda insidentlər narahatlıqları artırıb”.

Nəşr yazır ki, Ermənistanla bağlı situasiya xüsusən həssasdır. Ölkənin Rusiyanın təzyiqlərinə qarşı nə dərəcədə açıq olduğu ötən ilin payızında göründü. Prezident Serj Sarkisyan məzuniyyətini yarımçıq qoyaraq Putinin istəyi ilə Moskvaya yollandı. Sarkisyan qəfildən elan etdi ki, Avropa İttifaqı ilə Assosiasiya sazişi paralanmayacaq. Bu saziş texniki baxımdan tam hazır idi.

Gürcüstanın Rusiya ilə münasibətləri isə onsuz da pisdir. Çünki Rusiya 2008-ci ildə Gürcüstana müdaxilə edərək Cənubi Osetiya və Abxaziya regionlarına nəzarəti ələ alıb. Bununla belə Rusiyanın indiki hakimiyyəti Rusiya ilə konstruktiv davranmağa çalışır, eyni zamanda ərazi bütövlüyü məsələsində qırmızı xətti keçmir. Bəzi analitiklərin qənaətinə görə, Krımla bağlı situasiyadan narahat olan Gürcüstan payızda NATO-ya üzvlük üçün ərizə verə bilər.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol