• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirlik: Azərbaycan Ukraynanın mövqeyini dəstəkləyəcək

Səfirlik: Azərbaycan Ukraynanın mövqeyini dəstəkləyəcək
27.03.2014 15:11
Martın 27-də BMT Baş Assambleyasının Ukraynadakı vəziyyətlə bağlı keçirəcəyi iclasda Ukraynanın suverenliyi, siyasi müstəqilliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə layihəsinin müzakirəsində Azərbaycan rəsmi Kiyevin mövqeyini dəstəkləyəcək.APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bəyanatında deyilir. “Azərbaycan Respublikasının Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyən mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan tərəfi ekstremizm, radikalizm və separatizmin istənilən formalarını pisləyir, beynəlxalq sülh və təhlükəsizliyin, o cümlədən BMT üzv dövlətləri arasındakı münasibətlərin özəyini təşkil edən suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə dönməz bağlılığını bir daha təsdiqləyir. Azərbaycan BMT-yə üzv-dövlətlər arasında bütün mövcud münaqişələrin yuxarıda qeyd olunan prinsiplər əsasında siyasi dialoq vasitəsilə həllinin tərəfdarıdır” - bəyanatında deyilir. Azərbaycan səfirliyi Ukraynanın “İnter” televiziya kanalında 26 mart 2014-cü il tarixində efirə verilmiş xəbərlər buraxılışında jurnalist Dmitri Yevçinin reportajında qeyd olunan xəbərə münasibət bildirərək bəyan edir ki, martın 24-25-də Strasburqda keçirilmiş Avropa Şurası yerli və regional hökumətləri konqresinin iclasında Rusiya Federasiyasının Vladimir vilayətinin qubernatoru, iclasda iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Svetlana Orlovanın guya Azərbaycanın Krımda 16 mart 2014-cü il tarixində keçirilmiş referendumu tanıdığını və Rusiya Federasiyasının Krımı federasiya subyekti kimi qəbul etməsini dəstəklədiyi fikri tamamilə əsassızdır: “Əksinə, iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin üzvü Anar İbrahimov qətiyyətlə Krımın ilhaq edilməsini pisləyən qətnamənin lehinə səs verib”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol