• $
  • €
  • ₽
  • ₺
  • £

Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiklərinə münasibət

Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiklərinə münasibət
18.03.2014 17:47
“Adi adamdan fərqli olaraq, siyasətlə məşğul olan psixi xəstəliyə tutulursa, yaxud elə anadangəlmə dəlidirsə, bunun çox təhlükəli fəsadlarının ola biləcəyinə şübhə edən tapılarmı?”APA-nın məlumatına görə, Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərovun Vladimir Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiklərinə münasibət bildirərkən deyib. “Jirinovskiyə siyasi təlxək deyirlər, fikrimizcə, “tərif” doğrudursa da, natamamdır, çünki o, həm də xəstə siyasi təlxəkdir. Azərbaycanlı adlı xalqın əslində mövcud olmadığını “kəşf” edən bu başabəla “tarixçi – şərqşünas” Rusiya Dövlət Dumasının tribunasından deyib: “Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı”. Bu nə deməkdir? Bu o deməkdir ki, öz soykökünü gizlədən, atasının milliyyətini soruşduqda - hüquqşünasdır - deyə cavab verən bu xəstə siyasi təlxək Jirinovski böyük tarixi və mədəniyyəti olan xalqı təhqir edib. Bu sarsağın sayıqlamalarına əhəmiyyət verməmək də olardı, amma bu sözlərin Rusiya parlamentinin divarları arasında səslənməsi və orada heç olmasa kiçik bir etiraza səbəb olmaması təəssüf doğurur. Belə bir fakta necə göz yummaq olar ki, böyük elmi-mədəni və siyasi potensialı ilə dünyada tanınan Rusiyada, onun paytaxtında siyasi elitanın, elmi-siyasi ictimaiyyətin gözləri qarşısında bu ağıldan kəm zavallı Azərbaycan xalqının soykökü ilə bağlı sərsəmləmə ilə çıxış edir?!”, - deyə Z. Əsgərov bildirib.   Z. Əsgərovun sözlərinə görə, artıq neçənci dəfədir ki, Jirinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatlar verir: “Belə açıqlamalara münasibətdə Rusiyanın rəsmi dairələrində, elə bizdə də bəzən deyirlər ki, Jirinovskinin fikirləri “dəli sayıqlamalarıdır, Rusiyanın mövqeyini ifadə etmir, əhəmiyyət vermək lazım deyil və s”. Amma bu da gerçəklikdir ki, Jirinovskinin məsuliyyətsiz, ünvanına hədyanlar söylədiyi qonşu xalqlarda və dövlətlərdə hiddət doğuran, bir sıra hallarda diplomatik qalmaqallara səbəb olan “ritorikası”nın qarşısı alınmır. Bu da ciddi təəssüf doğurmaqla bərabər, həm də düşündürücüdür. Jirinovskinin son “çıxışı” beynəlxalq hüquq normalarını, siyasi etikanı ayaq altına alır. Jirinovskini siyasi təlxək adlandırmaq vəziyyətdən çıxış yolu deyil, onun sərsəmləmələrində aşkar stiqma elementləri yer alır ki, bunları ağılsızlığın adına yazmaqla, yaxanı kənara çəkmək düzgün olmazdı. Aydındır ki, Azərbaycan-Rusiya münasibətləri bu başa bəla siyasətçinin sərsəm fikirləri ilə zədələnən deyil, çünki həmin münasibətlər müstəqillik illərinin sınağından keçmiş, qarşılıqlı faydalı əməkdaşlığın möhkəm təməlləri üzərində inkişaf edir. Bununla belə Jirinovski kimi təlxəyin söz azadlığının imkanlarından faydalanaraq, axmaq və təhlükəli fikirlərini davam etməsinə dur deməyin vaxtı çoxdan çatıb”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol