• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Məmmədov beynəlxalq təşkilatlardan şikayət etdi

Novruz Məmmədov beynəlxalq təşkilatlardan şikayət etdi
17.03.2014 11:04
“Azərbaycan regionda və beynəlxalq aləmdə sülh, sabitlik və əməkdaşlığın tərəfdarıdır. Müstəqilliyin ilk illərində Azərbaycanın apardığı siyasət ölkənin beynəlxalq aləmdə mövqeyini dəyişdirib. Azərbaycan beynəlxalq aləmdə öz nüfuzu ilə tanınan ölkəyə çevrilib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın tarixində ən möhtəşəm hadisələrdəndir. Bu, Azərbaycanın nüfuzundan xəbər verir. Azərbaycanın əldə etdiyi uğurlar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırıb”. APA-nın xəbərinə görə, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, PA Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan işğalçılıq siyasətini davam etdirən Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlər qurub. N. Məmmədov qeyd edib ki, Azərbaycanın, eləcə də regionun inkişafının qarşısında duran əsas maneə Dağlıq Qarabağ münaqişəsidir: “Münaqişənin həllinin hüquqi əsasları BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamə, habelə ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Bütün bu sənədlər Azərbaycanın suverenliyi, ərazi bütövlüyünü dəstəkləyir. Lakin təəssüf ki, münaqişə hələ də həll olunmamış qalır, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri, eləcə də beynəlxalq təşkilatlar münaqişənin ədalətli həlli üçün konkret addımlar ata bilmir”.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol