• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Krım böhranından udan ölkədir”

“Azərbaycan Krım böhranından udan ölkədir”
15.03.2014 10:37
“Biz Krım əhvalatından faydalandıq”. Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, Rusiyanın Krımda təklif etdiyi referendum ideyasının artıq Qarabağda da öldüyünü deyib. “Biz Krım əhvalatından faydalandıq. Bütün dünya Rusiyanın Krımda referendum keçirib onu öz tərkiinə qatmaq istəməsini pislədi. BMT, ATƏT, NATO, ABŞ və Avropa Birliyi bunların sırasında idi. Bunların hamısı bu ideyanı pislədi. Bu ideya Rusiyanın idi və əvvəllər Qarabağ erməniləri üçün təklif etmişdi. Təklifdə deyilirdi ki, referendum keçirilsin ermənilər haranı istəyir orada da qalsınlar. Bu isə mümkünsüzdür. Krım göstərdi ki, Rusiyanın bu təklifi artıq öldü. Artıq tamamilə aydındır ki, Minsk qrupunun heyətində referendum ideyası tamamilə öldü və atıldı bayıra. Ona görə də burada biz udmuşuq”. Politoloq Ukrayna böhranı ilə Rusiyanın öz çöküşünü daha da tezləndirdiyini bildirib. “Rusiyanın Ukraynada qələbə qazanmasına gəlincə isə... Rusiya bəlkə üç il öncə çökə bilərdi amma indi onun süqutu bir-iki il qala bilər. Əgər deyək ki, Ukraynada vətəndaş müharibəsi başladı və bu da sözsüz ki, Rusiya əleyhinə olacaq.Deməli bu müharibədə Rusiyanın əleyhinə olacaq və uçuruma doğru aparacaq. Mən hesab edirəm ki, Putinin yolu var. Onu da özü imkansız edib. Geri çəkilmək. Bəlkə o zaman Rusiya iki-üç il artıq yaşaya bilər. Lakin Putin başa düşür ki, o öz ölkəsini abadlaşdıra bilmir. Ona görə ki ölkəsi imperiyadır.Putinə Ukrayna boyda ərazisi lazım deyil çünki onun öz ölkəsinin ərazisi dünyanın beşdə biri qədərdir”. Qeyd edək ki, Krıma rus qoşunları yeridilib. Sabah bu yarımadanın Rusiyanın tərkibinə girib-girməməsi ilə bağlı referendum keçiriləcək. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol