• $
  • €
  • ₽
  • ₺
  • £

Krım Ukraynanın ayrılmaz hissəsidir – BƏYANAT

Krım Ukraynanın ayrılmaz hissəsidir – BƏYANAT
14.03.2014 20:04
Yeni Nəfəs Hərəkatı Ukrayna ətrafında baş verən hadisələrlə bağlı bəyanat yayıb. ANN.Az-a daxil olan həmin bəyanatı təqdim edirik.Azərbaycan öz müstəqilliyini əldə edən gündən onun yanında olan Ukrayna dövlətində baş verən son hadisələr üzücü və qəbulolunmazdır. Ukrayna dövləti və yerli əhali həmişə ölkəsində yaşayan hər hansı millətə qarşı ayrı-seçkilik siyasətindən uzaq olmuş və demokratik inkişaf yolunda uğurla addımlamışdır. Dövlətin ayrılmaz hissəsi olan Krımın ondan qoparılması siyasəti XXI əsrdə dünyada yeni münqaşə ocağının alovlanmasına yol açası bir addımdır ki, dünya birliyi bunun qarşısının alınması üçün hər şeyi etməlidir.Nəzərə almaq lazımdır ki, dünyada monomillətli dövlət demək olar ki, mövcud deyildir. İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu bir ölkəyə hər hansı bir toplumun müdafiəsi adı altında müdaxilə qətiyyən yolverilməzdir. Həmin müdaxilənin adı XXI əsrdə işğal siyasəti kimi dəyərləndirilir ki, bu da digər dövlətlər üçün mənfi nümunədir. Rusların müdafiəsi adı altında baş verən müdaxiləyə uyğun olaraq, tatarların müdafiəsi adı altında başqa dövlətin müdaxiləsi baş verərsə, proseslərin dünya müharibəsinə qədər sürüklənməyəcəyinə kimsə zəmanət verə bilməz. Buna görə, ilk növbədə Rusiya öz yanlış addımından çəkinməli, Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.Yeni Nəfəs Hərəkatı Ukrayna dövlətinin ərazi bütövlüyünü tanıyır, Krımın onun tərkib hissəsi olduğunu və qan qardaşlarımız olan Krım tatarlarının yanında sona kimi olacağını bəyan edir.  Dünya dövlətlərini Ukrayna dövlətinin ərazi bütövlüyünə təhlükə yaradacaq bütün addımlardan çəkinməyə çağırır.Yeni Nəfəs Hərəkatı14.03.2014
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol