• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisdə spikerlə deputat arasında qarşıdurma - Sərt ittihamlar

Milli Məclisdə spikerlə deputat arasında qarşıdurma - Sərt ittihamlar
14.03.2014 16:41
 Milli Məclisin bu gün keçirilən iclasında spiker ilə deputat arasında qarşıdurma olub.APA-nın məlumatına görə, iclasda hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat İlyas İsmayılov hesabatla bağlı müxtəlif iradlarını bildirib. Onun çıxışı demək olar ki, hökumətin illik fəaliyyətini sərt tənqid etməkdən, müxtəlif çatışmazlıqlardan misal gətirməkdən ibarət olub. Çıxışından sonra deputata cavab verən spiker Oqtay Əsədov ona irad tutub: “İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Ancaq səhv tutdunuz”. Bu zaman İ.İsmayılov yerdən spikerin sözünü kəsərək ona replika atıb: “Bu mənim öz fikrimdir, mənim çıxışıma irad tuta bilməzsiniz. Öz işinizi görün!” Deputatın sərt replikası spikeri əsəbiləşdirib: “İrad tutaram, o yana da keçərəm! Bu nə danışıqdır? Günah bizdədir ki, sənin kimisinə şərait yaradırıq, çıxıb danışıb belə hörmətsizlik edirsən”. Bundan sonra İ.İsmayılov yerdən ayağa qalxaraq səsini qaldırıb: “Siz kimsiniz mənimlə belə danışırsınız?! Mən millətin vəkiliyəm və çıxışıma müdaxilə etməyə heç kimi ixtiyarı yoxdur”. Spiker onun sözünü kəsərək daha sərt cavab verib: “Bir özünə hörmət qoy. Adama hörmət göstərəndə həddini aşmaz! Heç olmasa özünə hörmət qoy!” Daha sonra spiker ona imkan verməyərək növbəti deputata söz verib.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol