• $
  • £

ABŞ rəsmisi Bakı və İrəvan arasında son razılaşmalarla tanış olacaq

ABŞ rəsmisi Bakı və İrəvan arasında son razılaşmalarla tanış olacaq
24.05.2023 19:38
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Ermənistan-Azərbaycan sülh prosesinə dəstək məqsədilə regiona səfərə gəlib.

Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildirib.
 
Mayın 25-dək regionda səfərdə olacaq L.Bono əsas maraqlı tərəflərlə görüşlər keçirəcək.

"Bu səfər L.Bonoya ABŞ və digər ölkələrin ev sahibliyi etdiyi son danışıqların nəticələrini inkişaf etdirməyə imkanı verəcək. Bizdə Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son vaxtlar göstərdikləri səylər ümid yaradır və Dövlət Departamentinin nümayəndəsi bu prosesdə gələcək müsbət irəliləyişləri səbirsizliklə gözləyir”, - səfirlikdən bildirilib.

Səfirliyin nümayəndəsi qeyd edib ki, L.Bono Azərbaycan və Ermənistan arasında əldə olunan son razılaşmalarla tanış olacaq və bu, ona həll olunmamış məsələlərlə bağlı tərəflərin mövqelərini daha yaxşı başa düşməyə kömək edəcək:
"Biz davamlı və dayanıqlı sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Ermənistanın səylərini dəstəkləyirik. ABŞ Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiqdir”.

Xatırladaq ki, bu gün Bakıda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
Siyasət 21:49
Ceyhun Bayramov Nyu-Yorkda Kuba və çexiyalı həmkarları ilə görüşüb
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Siyasət 19:27
İlham Əliyev və Pezeşkian arasında telefon danışığı olub
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Siyasət 19:05
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
Donald Tramp İlham Əliyevə təbrik göndərib
Siyasət 18:30
Donald Tramp İlham Əliyevə təbrik göndərib
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Siyasət 18:07
İsrail Prezidenti İlham Əliyevi təbrik edib
Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramı təsdiqləndi
Siyasət 17:54
Maliyyə inklüzivliyi ilə bağlı Dövlət Proqramı təsdiqləndi
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Siyasət 16:51
Məhkəmələrə yeni hakimlər təyin olunub - sərəncam
Prezident onu təltif edib
Siyasət 16:47
Prezident onu təltif edib
MDB-nin Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət 16:10
MDB-nin Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol