• $
  • €
  • ₽
  • ₺
  • £

İrəvan və Bakı Eraxs-Horadiz yolu ilə bağlı konsesus əldə edib

İrəvan və Bakı Eraxs-Horadiz yolu ilə bağlı  konsesus əldə edib
26.06.2023 14:32
İrəvan və Bakı dəmir yolunun Eraxs-Horadiz hissəsinin istismarı ilə bağlı razılığa gəliblər. Bunu Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan deyib. 

"Düşünürəm ki, Eraxs-Horadiz dəmir yolunun istifadəyə verilməsi məsələsində yekun konsensus var. Bütün tərəflər bildirdi ki, bu, indiki mərhələdə yaxşı və mümkün həll yoludur”, - Qriqoryan jurnalistlərə açıqlamasında bildirib.
 
Siyasi ekspert Əziz Əlibəylinin sözlərinə görə, Qriqoryan bu fikirləri səsləndirməklə Rusiyanın yol üzərindəki nəzarət imkanlarını məhdudlaşdırmaq niyyəti güdür.
 
"Regional kommunikasiyaların açılması ilə bağlı bu ilk vacib açıqlamadır. Bu fikirləri Baş Nazirin müavininin deməsi kifayət qədər ciddi mənbə hesab olunur. Bu yolda əsas problem Rusiya əsgərlərinin dayanması ilə bağlıdır. Maraqlısı odur ki, Rusiyanın sərhəd qoşunları 10 noyabr bəyənatının 9-cu bəndini nə cür həyata keçirəcək, eyni zamanda regional kommunikasiyaların açılması ilə bağlı konsensus əldə olunubsa, burda söhbət nədən gedir. Bu kimi məsələlər hələ də dəqiqləşməyib. Bu yolun mühüm bir hissəsi Azərbaycan SSRİ-nin mükiyyətində olub və dolayısı ilə bizim mülkiyyət sayılır. Ona görə yolun keçəcəyi ölkənin yuristik siyahısı və suverenlik məsələsi müzakirənin əsas predmetidir. Burada Mher Qriqoryan bu mövqeni səsləndirməklə Rusiyanın yol üzərindəki nəzarət imkanlarını məhdudlaşdırmaq niyyəti güdür. Əslində o bu açıqlama ilə çalışır ki, həmin yolun nəzarəti Azərbaycan hissəsinə düşən Azərbaycanın, Ermənistan hissəsinə düşən Ernənistanın daxili nəzarətində olsun və Rusiyanın hansısa nəzarət mexanizmi olmasın”, - ekspert bildirib.
 
Siyasi şərhçi Fuad Şahbazov bildirir ki, bu dəmiryolu xəttinin çəkilməsi Azərbaycan və Ermənistanın sülhə yaxınlaşması istiqamətində önəmli prosesdir.
 
"Moskva görüşündən sonra bu məsələ ilə bağlı razılaşma əldə olunub. Regional kommunikasiya xətlərinin açılması Azərbaycandan əlavə Rusiyanın da maraq dairəsindədir. Çünki, bu kommunikasiyaların açılması ilə Rusiya Ermənistanla daha sıx əlaqədə olacaq, həm də İran sərhədlərinə yaxın ərazilərə çıxış əldə etmək imkanı olacaq. Azərbaycan üçün bu kommunikasiya xətlərinin açılması həm iqtisadi baxımdan, həm də Ermənistan ilə sülhə yaxınlaşmaq istiqamətində önəmli proseslərdən biridir. Kommunikasiyaların açılmasından sonra, Türkiyə ilə quru üzərindən əlaqələrin qurulması da reallaşacaq”, - Şahbazov deyib.
 
Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirmə və tikinti işlərinə ölkə Prezidentinin 13.03.2021-ci il tarixli Sərəncamına əsasən başlanılıb.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.

Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.
 

 
İstiqamət: 6.3.7. işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış”;
Qeyd: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.  
 
Eltac Nurullazadə
 
 

 
 
 
 

 

www.anews.az

 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol