• $
  • €
  • ₽
  • ₺
  • £

Qubad İbadoğlunun azad olunmasını tələb edirik - BƏYANAT

Qubad İbadoğlunun azad olunmasını tələb edirik - BƏYANAT
26.07.2023 17:42
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun həbsini pisləyir, onun azad olunmasını tələb edən bəyanat yayıb. 
 
"Qubad İbadoğluna qarşı irəli sürülən ittihamlar əsassız və qərəzlidir, onun  həbsi  uzun illər ərzində hakimiyyətin dərin korrupsiyaya uğramış idarəetməsini, sosial-iqtisadi siyasətini tənqid edən mövqeyi, ictimai-siyasi fəaliyyəti ilə birbaşa bağlıdır. Qubad İbadoğlu ölkənin tanınmış ictimai-siyasi xadimlərindən biri olaraq, dünyada ölkəmizi layiqincə təmsil edən iqtisadiyyat üzrə alimdir. O, London İqtisadiyyat Məktəbi (LSE), ABŞ-ın Duke və Ratqers (Rutgers)  kimi dünyanın nüfuzlu  universtetlərinin professoru olmaqla yanaşı, şəffaflıq üzrə ekspert alim qismində MHŞT kimi dünyanın nüfuzlu təşkilatının Beynəlxalq İdarə Heyətinin üzvü olaraq uzun illər ölkəmizi ləyaqətlə təmsil edib.  Bütün bunları nəzərə alaraq, İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası olaraq  tanınmış ictimai-siyasi xadim, iqtisadiyyat üzrə alim, professor Qubad İbadoğlunun həbsini pisləyir və dərhal azad olunmasını tələb edirik", - bəyanatda qeyd olunub. 
 
Bəyanatda yazılıb ki, Qubad İbadoğlu və polis tərəfindən saxlanılarkən onunla birlikdə olan və 7 saat müddətində BMCMİ-də saxlanılan həyat yoldaşı polis tərəfindən xüsusi amansız zorakılığa və qeyri-insani rəftara məruz qalmış, müxtəlif dərəcəli bədən xəsarəti və psixoloji travma alıb.
 
İctimai Birliklərin Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası hesab edir ki, Azərbaycan qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının 3-cü maddəsinin tələblərini (Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır) kobud şəkildə pozub. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Gülnar 

 

 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol