• $
  • €
  • ₽
  • ₺
  • £

Zaxarova Quranın yandırılmasını pisləyib

Zaxarova Quranın yandırılmasını pisləyib
26.07.2023 17:55
Moskva Quranın yandırılması aksiyasını qətiyyətlə pisləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Biz bu və buna bənzər ekstremist hərəkətləri qətiyyətlə pisləyirik. Hər hansı bir dinə hörmətsizlik göstərmək yersizdir", - o deyib.

Rusiya diplomatik missiyasının rəsmi nümayəndəsinin sözlərinə görə, Danimarka üçün bu cür qəzəblər "artıq nadir hal deyil”.
 
Azərbaycan Xarici İşlər Nazirliyi də rəsmi tviter hesabında Quranın yandırılmasını pisləyən açıqlama yayıb.
 
 
İyulun 20-də İsveç polisi Quranın və İraq bayrağının yandırılması planlaşdırılan etiraz aksiyasına icazə verib. 
 
İsveçdə Quran nüsxələrinin yandırılmasına qəzəblənən etirazçılar İraqın paytaxtı Bağdadda İsveç səfirliyini yandırıblar.

Ötən ay müsəlmanların Qurban bayramının ilk günündə Stokholmdakı məscidin qarşısında bir nəfər Quranı yandırıb. Bu aksiyaya İsveç polisi icazə verib. Türkiyə bu hərəkəti pisləyərək onu "alçaq və anti-İslam" adlandırıb, Mərakeş isə öz səfirini İsveçdən geri çağırmaq qərarına  gəlib .

Daha sonra yüzlərlə iraqlı etiraz etmək üçün Bağdaddakı İsveç səfirliyi qarşısında  toplaşıb. Bir neçə onlarla insan səfirliyin həyətinə girməyə cəhd edib, lakin polisin gəlişindən sonra onlar missiya ərazisini tərk ediblər. İraq Xarici İşlər Nazirliyi Quranı yandıran şəxsin 37 yaşlı Salvan Momik adlı iraqlı qaçqın olduğunu bildirib və İsveçdən onu ekstradisiya etməyə çağırıb.
 
Gülnar


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol