• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Yubiley medalı ilə təltif olunub

İlham Əliyev Yubiley medalı ilə təltif olunub
10.03.2014 09:18
AzərTAc xəbər verir ki, Türkiyənin İstanbul şəhərində Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun 5-ci ildönümü ilə bağlı mükafatlandırma mərasimi keçirilmişdir.Mərasimdə Fondun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və bu qurumun fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yubiley medalı ilə təltif olunmuşdur.Tədbirdə çıxış edən Türkiyənin Avropa İttifaqı üzrə nazirinin müavini Ələddin Büyükkaya Fondun Avropa İttifaqı ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini vurğulamışdır. O, fondun fəaliyyətindən söz açaraq bu günədək mədəniyyət, sosial və iqtisadi sahələrdə 300-ə qədər layihənin icra edildiyini söyləyərək quruma uğurlar arzulamışdır.Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Türkiyə Böyük Millət Məclisinin deputatı İsmayıl Safi rəhbərlik etdiyi təşkilatın 5 illik fəaliyyəti və gələcək planları haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 20 ölkənin təmsil olunduğu fondun əsas məqsədi Xəzər dənizi bölgəsi ilə Qara dəniz ölkələri arasında iqtisadi inkişaf, ətraf mühit, elm, təhsil, mədəni müxtəliflik, tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlıq yaratmaqdır. Azərbaycanın qurumdakı fəaliyyətinə toxunan İ. Safi dövlət başçısı İlham Əliyevə xüsusi minnətdarlığını bildirmişdir. O, Əməkdaşlıq və Tərəfdaşlıq üzrə Qara Dəniz və Xəzər Dənizi Fondunun təsis edilməsi təşəbbüsünü dəstəklədiyinə və təşkilatın fəaliyyətinə əsaslı töhfələr verdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fondun Yubiley medalı ilə təltif edildiyini bildirmişdir.Mərasim bədii hissə ilə davam etdirilmişdir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol