• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov Azərbaycanda missionerlərin şəbəkələşməyə çalışmasından danışdı

Əli Həsənov Azərbaycanda missionerlərin şəbəkələşməyə çalışmasından danışdı
07.03.2014 13:54
“Azərbaycanın tolerant ölkədir, ölkəmizdə ayrı-ayrı dini təriqətlərin bir-biri ilə dost olduğu mühit yaranıb”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransdakı çıxışında deyib. Şöbə müdiri bildirib ki, bu gün dövlət heç bir fərq qoymadan məscidlərə, sinaqoq və kilsələrə yardım edir, onların tikintisinə kömək edir: “Halbuki dövlət heç kimə dini ibadət yeri tikməməli, dini icmalara vəsait ayırmamalıdır. Bəs belə olan halda Azərbaycanın içinə girən missionerlər, bu tolerantlığı pozmaq istəyən kimlərdir? Onlar şəbəkələşməyə çalışaraq dövlətin siyasətini öz maraqlarına uyğunlaşdırmaq istəyirlər. Qanuni və qeyri-qanuni əməllər var. Ona görə də dini missionerlərin, ayrı-ayrı qrupların maraqlarını zorla başqa qruplara qəbul etdirməyin qarşısı dövlət tərəfindən alınıb və alınacaq. Azərbaycanda bu sahədə vəziyyət dözülməz, çətin deyil, dövlət dini icmaların fəaliyyətinə müdaxilə etmədən nəzarət edir. O vaxta qədər müdaxilə etmir ki, dövlətə qarşı təhlükəyə çevrilmir. Bu icmalar digər icmaların, vətəndaşların hüquqlarını pozmaq istəyirlərsə, qarşılarında dövləti görəcəklər. Dövlət bu təhlükələrdən sığortalanmayıb, ancaq bu təhlükələrin qarşısını almağa qadirdir. Medianın bu məsələdə rolu bir dövlətə bərabərdir. Media və vətəndaş cəmiyyəti institutları bu insanlarla, icmalarla ünsiyyətdədir, təhlükəli olanları da görür. Media institutu, jurnalist təşkilatlarının bu məsələdə daim bizə dəstək verəcəyinə əmindir. Həm qanunverici, həm icra, həm məhkəmə hakimiyyəti indiki tolerantlıq mühitini davam etdirməyə qərarlıdır. Ancaq o cərəyanların nümayəndələrini bilməlidir ki, dövlət siyasətini öz maraqlarına uyğunlaşdırmaq cəhdləri nəticə verməyəcək”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol