Krım tatarları İlham Əliyevdən kömək istədilər

Krım tatarları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək ondan imkanlarından və Rusiya prezidenti Vladimir Putinlə əlaqələrindən istifadə edərək onlara kömək etməsini xahiş ediblər. Bunu Krım tatarlarının lideri, Krım Tatarları Məclisinin sabiq sədri, Ukraynanın xalq deputatı Mustafa Cemilov deyib: “Bizim xalq bir dəfə öz doğma torpaqlarından sürgün olunub və biz həmin fəlakətin təkrarlanmasını istəmirik. Ona görə də kömək üçün İlham Əliyevə, Abdulla Gülə və Nursultan Nazarbayevə müraciət edirik: Öz krımlı qardaş və bacılarınızı bu çətin vaxtda tək qoymayın. Biz bütün dünyadan kömək tələb edirik. ("virtualaz.org")ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















