• $
  • €
  • ₽
  • ₺
  • £

Yevlaxda Qarabağın taleyi necə həll olunacaq?- ŞƏRH

Yevlaxda Qarabağın taleyi necə həll olunacaq?- ŞƏRH
20.09.2023 16:18
Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.
 
Nəticə olaraq sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək. 
 
Siyasi şərhçi Azər Qasımlı bildirir ki, nə qədər ki, Rusiyanın hərbi kontingenti Azərbaycan ərazisindədir və Qarabağ üzərində suverenlik və ərazi bütövlüyünün təmin edilməsindən hələ ki, danışmaq olmaz.
 
"Qarabağdan gələn xəbərlər, ermənilərin bugünkü bəyanatı ilk baxışdan bizim üçün sevindirici xəbərdir. Lakin önəmli olan bu xəbərin ardından baş verəcək hadisələrdir. Nə qədər ki, Rusiyanın hərbi kontingenti Azərbaycan ərazisindədir Qarabağ üzərində suverenliyimizin və ərazi bütövlüyümüzün təmin edilməsindən hələ ki, danışa bilmərik. Nə qədər ki, Rusiya əsgəri Cənubi Qafqazdadır bölgəmizdə sülh olmayacaq. 10 noyabr 2020- ci il bəyanatını da Rusiya imzalatmışdı, bugünkü sənəd də onların təklifi ilə imzalanıb. 3 il əvvəlki sənəddə də, bugünkü sənəddə də boşluqlar var. İcra olunub-olunmayacağı da sual altındadır. Və ən əsas məsələ budur: Qarabağa, Xankəndiyə indi birbaşa kim nəzarət edəcək - Azərbaycan, yoxsa Rusiya?",- siyasi şərhçi əlavə edib.
 
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Dağlıq Qarabağda lokal antiterror əməliyyatına başlandığını elan edib. Əməliyyatın məqsədi Qarabağda "genişmiqyaslı təxribatların” qarşısını almaq, həmçinin Ermənistan ordusunun bölmələrinin tərksilah edilərək bölgədən çıxarılması olacaq. Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Ermənistan qoşunlarının hələ dəQarabağ ərazisində qalması ilə bağlı bəyanatlarını rədd edib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı Qarabağın müdafiəsi ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib .
 
Aytac Zeynalova

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol