Həmsədr Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqladı

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həllinin üç əsas prinsipini açıqlayıb.
Bu prinsiplər güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləridir. Trend-in məlumatına görə, bunu amerikalı həmsədr Ceyms Uorlik öz Twitter səhifəsində yazıb.
C.Uorlik bildirib: "ABŞ Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri əsasında həlli üzərində işləməyə davam edir".ANN.AzSon xəbərlər 
Daha çox 























