Azərbaycanın Baş naziri Əli Əsədov və rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Gürcüstana işgüzar səfərə gedib. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Tbilisidə Şota Rustaveli Beynəlxalq Hava Limanında Baş naziri Gürcüstanın infrastruktur naziri İrakli Karseladze və başqa rəsmi şəxslər qarşılayıblar.www.anews.az