• $
  • €
  • ₽
  • ₺
  • £

Qənirə Paşayeva MTN-ə müraciət etdi

Qənirə Paşayeva MTN-ə müraciət etdi
04.03.2014 14:32
Azərbaycan parlamentinin deputatı Qənirə Paşayeva Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edib. APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Q. Paşayeva özü bildirib. Deputat bildirib ki, müraciəti ona qarşı aparılan qara piar kampaniyası ilə bağlıdır: “Ölkədəki söz və mətbuat azadlığından istifadə edən bir qrup şəxs qərəzli kampaniyaya başlayıb. Müraciət etmişəm ki, mənə qarşı bu qara piar kampaniyanın arxasında dayananlar araşdırılıb üzə çıxarılsın. Lazım gəlsə, iddia olunanlara rəğmən mənim də fəaliyyətim araşdırılsın, buna da hazıram. Necə olur ki, bütün fəaliyyəti boyu Heydər Əliyev irsindən, Atatürk yolundan danışan, amma bir dəfə də Səid Nursinin adını dilinə gətirməyən adamın adı “nurçu” kimi hallandırılır?! Başqa ittiham olunan deputatlar özləri bilərlər, amma mən artıq qərar vermişəm və bu qara piar kampaniyanın, təbliğatın arxasında duran insanların dövlət tərəfindən tapılıb üzə çıxarılmasında qərarlıyam”. Q. Paşayeva ona qarşı kampaniya aparılmasına Suriyaya gedən gənclərin qarşısının alınması ilə bağlı çıxışından sonra başlanıldığını da deyib. Spiker Oqtay Əsədov isə deputata bildirib ki, bəzi məsələləri Milli Məclisin iclasda müzakirəyə çıxarmaq doğru deyil: “Müraciət etmisiniz, etmisiniz də. Daha onu niyə burada elan edirsiz?”ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol