• $
  • €
  • ₽
  • ₺
  • £

İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək

İranın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək
04.03.2014 11:12
Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov ötən gün İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur ilə görüşüb. Bu barədə Trend-ə Azərbaycanın İrandakı səfirliyindən bu gün məlumat verilib.Məlumata əsasən, görüş zamanı siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub. Görüş zamanı regionun iqtisadi gələcəyi üçün böyük önəm daşıyan və "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi"nin bir hissəsi olan "Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan)" dəmiryol xəttinin çəkilişinin mümkün qədər tez bir zamanda başa çatdırılmasının nəinki Azərbaycan və İran üçün əhəmiyyəti, Fars körfəzindən yüklərin Skandinaviya ölkələrinə daha sərfəli şərtlərlə daşına biləcəyi baxımından da rolu qeyd olunub.Görüşdə qarşılıqlı ikitərəfli səfərlərin intensivləşdirilməsinin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi xüsusi vurğulanıb.İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurun yaxın günlərdə Azərbaycan Respublikasına səfər etməsi nəzərdə tutulur.Görüşdə maraq doğuran digər sahələr üzrə də fikir mübadiləsi aparılıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Siyasət 13:28
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Siyasət 13:24
Qəbul etdiyimiz qanunların icrasına özümüz nümunə olmalıyıq - Deputat/Video
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Siyasət 11:57
Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Siyasət 11:22
Deputat: sosial şəbəkələr təhqir və söyüş platformalarına çevrilib
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Siyasət 11:18
Zahid Oruc: Ermənistan 2027-ci ildə sülhü Konstitusiyasına yazmalıdır
Parlamentin növbəti iclası başlayıb
Siyasət 11:03
Parlamentin növbəti iclası başlayıb
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Siyasət 11:03
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol