• $
  • €
  • ₽
  • ₺
  • £

DİP Ukrayna hadisələri ilə bağlı bəyanat yaydı

DİP Ukrayna hadisələri ilə bağlı bəyanat yaydı
04.03.2014 09:54
Demokratik İslahatlar Partiyası Ukraynada baş verən son proseslərlə bağlı bəyanat verib. ANN.Az-a daxil olan bəyanatda deyilir:"Azərbaycanın yaxın dostu və müttəfiqi olan Ukraynada baş verən son proseslər bizi ciddi surətdə narahat edir. Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan təhdidlər Avropaya inteqrasiya yolunu seçmiş digər post-sovet ölkələri üçün də təhlükə yaradır.Rusiyanın tətbiq etdiyi təzyiq metodları, onun silahlı qüvvələrinin Ukraynanın önəmli bölgəsi olan Krımda hərbi-siyasi vəziyyəti gərginləşdirmək cəhdləri yolverilməzdir. Hesab edirik ki, beynəlxalq ictimaiyyət, o cümlədən də Azərbaycan, bu prosesə laqeyd qalmamalı, Ukraynanı bölmək, onu yenidən Rusiyanın siyasi himayəsi altına qaytarmaq cəhdlərinə qarşı etiraz səsini qaldırmalıdır. Çünki bu proseslər SSRİ-nin dağılmasından sonra yeni yaranmış dövlətlərin müstəqil inkişafının qarşısını almaq üçün  Azərbaycan, Gürcüstan və Moldovada ortaya atılmış separatçı əməllərin davamına bənzəyir. Ukrayna proseslərinin ictimailəşdirilməsi, Azərbaycan ərazilərinin Rusiyanın dəstəyilə işğal olunması faktına beynəlxalq diqqəti yönəltmək baxımından da önəmlidir.Biz bu məsələlərin zor yolu ilə deyil, sülhlə və hüquqi müstəvidə həllini istəyir, Ukraynanın bölünməsi cəhdlərini qətiyyətlə pisləyir, Ukrayna xalqının Avropaya inteqrasiya seçimini dəstəkləyirik".ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol