• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Qarabağa hücuma hazırlaşır?

Azərbaycan Qarabağa hücuma hazırlaşır?
03.03.2014 16:58
AR Müdafiə Nazirliyi erməni KİV-nin “Azərbaycan hərbi texnikanı cəbhə xəttində yerləşdirib” xəbərinə rəy bildirdi.Oxu.Az 1news.az-a istinadən bildirir ki, Azərbaycan Müdafiə Nazirliyindən deyilənə görə, erməni KİV-nin yaydığı  “Azərbaycan hərbi texnikanı cəbhə xəttində yerləşdirib” xəbəri təxribatdır.Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan tərəfi atəşkəsin bütün şərtlərinə əməl edir və hərbi texnikanın heç bir dislokasiya hərəkatını yerinə yetirmir.Qeyd olunana görə, erməni qəzeti “Qraparak” məlumat verib ki, “Azərbaycan Ukraynada baş verən son hadisələrdən sonra hərbi texnikanı cəbhə xəttində yerləşdirib”.“Mənbələr xəbər verir ki, NATO və Rusiya arasında Krımın və Sevastopol donanması barədə sərt polemika getdiyi halda, Rusiya hərbi texnikasını sərhəddə yerləşdirib, bununla paralel olaraq Azərbaycan hərbi texnikanı bütün cəbhə boyu 4 sırada yerləşdirib”, erməni qəzeti xəbər verir.Xatırladaq ki, Azərbaycanın 20% ərazisi - Dağlıq Qarabağ və ona yaxın yeddi rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 4 qərarı olsa da erməni tərəfi hələ də bu qərarlara boyun əymir.22 fevral tarixində Ukraynada Ali Rada Viktor Yanukoviçi hakimiyyətdən uzaqlaşdırıb prezidentin vəzifələrinin icrasını spiker Aleksandr Turçinova həvalə edərək, 25 may tarixinə prezident seçkiləri təyin etdi.Eyni zamanda, federasiyanın şurası növbədən kənar iclasında Vladimir Putinə RF silahlı qüvvələrinin Ukrayna ərazisində istifadəsinin lehinə yekdilliklə səs veriblər.Ukrayna KİV xəbər verirlər ki, Krıma son günlərdə minlərlə rus hərbçisi gəlib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol