Prezident Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, görüşdə Amerika Yəhudi Komitəsinin üzvləri ilə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib, bu görüşlərin Azərbaycanla Amerika Birləşmiş Ştatları və Azərbaycanla İsrail arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Görüşdə həmçinin Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. D.Harris ölkəmizə son səfərindən ötən dövr ərzində Azərbaycanın çox böyük nailiyyətlər əldə etməsini məmnunluqla vurğulayıb.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Son xəbərlər 
Daha çox 






















