• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni tələbə “Xocalıya ədalət” kampaniyasına dəstək verdi - FOTOLAR

Erməni tələbə “Xocalıya ədalət” kampaniyasına dəstək verdi - FOTOLAR
03.03.2014 13:04
Erməni tələbə Nyukaslda “Xocalıya ədalət” kampaniyasına dəstək verib.Bunu Nyukasl Azerbaycan Tələbə  Cəmiyyətinin sədri Orxan Seyidov bildirib. O.Seyidovun sözlərinə görə, fevralın 26-da təşkil etdikləri kampaniya universitetin ən böyük insan toplaşaın məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil edilib: “Bu il Nyukasldakı tələbələrin sayının çox olduğunu nəzərə alıb “Xocalıya Ədalət” kampaniyasını geniş şəkildə təşkil etməyə qərar verdik. Kampaniya çərçivəsində petisiya da keçirdik və Böyük Britaniyanın dövlət qurumlarına, o cümlədən baş nazirinə müraciət etdik. Petisiyada 400 nəfərdən çox insan iştirak etdi.Tədbiri universitetin ən böyük insan toplaşaın məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil etdik”.Böyük Britaniyadakı Azərbaycan səfirliyinin tədbirə dəstək verdiyini bildirən O. Seyidov vurğulayıb ki, səfirlik Cəmiyyəti lazımi təbliğat-təşviqat materialları ilə təmin edib. Həmçinin qeyd etdi ki. Universitet də tent və stol-stulla təşkilatçıları təmin etməklə kampaniyaya öz təstəyini nümayiş etdirib.“Qeyd etməliyəm ki, kampaniyanın təşkilində 35 nefer azərbaycanlı, gürcü və rus dostlarımız da köməklik göstərdilər. Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı. Kampaniya çərçivəsində 1000 nəfərdən çox insan məlumatlandırıldı və qeyd etdiyim kimi petisiyaya 400-dən çox imza toplandı.Mən deyərdim ki, bu, Böyük Britaniyada keçirilən ən böyük “Xocalıya ədalət” kampaniyalarından biri oldu. Ən maraqlısı isə o oldu ki, erməni əsilli bir tələbə kampaniyamıza dəstək verdi. Həmçinin kampaniyaya dünyanın müxtəlif ölkələrindən – Çin, CAR, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, BƏƏ, Hindistan, Fransa, ABŞ, Kanada, Malaziya və sairdən olan tələbələr dəstək verdilər”, - O. Seyidov qeyd etdi.Orxan Seyidov onu da bildirdi ki, “SOCAR”ın dəstəyi ilə daha bir tədbir keçirməyi planlaşdırırlar: “Bu dəfə ölkəmizin mətbəxini, mədəniyyətini, musiqisini, tarixini, adət-ənələrini tanıtmaq məqsədi ilə “Azərbaycan gecəsi” təşkil etmək niyyətindəyik. Tədbirdə 200 nəfərdən artıq qonaq dəvət olunacaq və əsasən professorlar, universitetin idarə heyəti və xarici tələbələr təşkil edəcək. Qonaqlara Azərbaycanla bağlı təqdimat, milli rəqslərimiz, milli musiqimizlə yanaşı mətbəximizin ləziz təamlarından daqmaq imkanl yaradılacaq. Qeyd edim ki, tədbirin keçirilməsinə “SOCAR” sponsorluq edir”. //Qaynar.info
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
Siyasət 22:33
Azərbaycan Türkiyəni COP31-in təşkilinə görə təbrik edib
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Siyasət 18:57
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Siyasət 17:48
Gürcüstanın xarici işlər naziri Azərbaycana gələcək
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Siyasət 16:34
Əliyev TRIPP layihəsinə görə Trampa təşəkkür edib
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
Siyasət 16:24
Parlamentdə 30 yaşdan aşağı deputat yoxdur - deputatların yaş statistikası
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
Siyasət 16:02
“Azərenerji” və “Azərişıq”ın fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Siyasət 15:43
2027-ci ilin yanvar çağırışı ilə bağlı sərəncam imzalanıb
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Siyasət 15:24
Trampdan Azərbaycan və Ermənistana - Çox gözəl iş gördünüz
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Siyasət 14:45
Bayramov: Ermənistanın yeni Konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddiaları yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol