• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalı soyqırımı ilə bağlı aparılan istintaqda yenilik varmı? - rəsmi açıqlama

Xocalı soyqırımı ilə bağlı aparılan istintaqda yenilik varmı? - rəsmi açıqlama
24.02.2014 11:58
“Hərbi Prokurorluqda 1988-ci ildən qanunsuz erməni hərbi birləşmələri, sonrakı dövrdə erməni silahlı qüvvələri tərəfindən törədilən cinayətlər araşdırılır. Yalnız Xocalıda baş verən soyqırımla bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb”.APA-nın verdiyi məlumata görə, bunu bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı təşkil olunan beynəlxalq konfransda baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev söyləyib. Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluqda 1988-ci ildən qanunsuz erməni hərbi birləşmələri, sonrakı dövrdə erməni silahlı qüvvələri tərəfindən törədilən cinayətlər araşdırılır. Yalnız Xocalıda baş verən soyqırımla bağlı indiyə qədər 39 nəfərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb: “Bu şəxslərin içərisində keçmiş SSRİ-nin 366-cı alayının komandir-zabit heyəti də var”. X. Vəliyev qeyd edib ki, Hərbi Prokurorluqda 3 istiqamət üzrə cinayətlərin istintaqı aparılır. Birinci istiqamət Xocalı, Quşçular, Bağanis-Ayrım və digər yaşayış məntəqələrində törədilmiş soyqırımlarla bağlıdır. İkinci istiqamət erməni silahlı birləşmələri və Ermənistan xüsusi xidmət orqanları tərəfindən nəqliyyat vasitələrində, Bakı Metropolitetində həyata keçirilmiş terror cinayətləri ilə bağlıdır. Üçüncü istiqamət isə mülki əhaliyə hücum nəticəsində əsir və girov düşmüş insanlara qarşı törədilmiş işgəncə cinayətləri ilə bağlı aparılan istintaqdır. Ümumilikdə, bu üç istiqamətdə aparılan istintaq nəticəsində 2089 şəxsin cinayət törətdiyi məlum olub. X. Vəliyev vurğulayıb ki, istintaq beynəlxalq konvensiyalar nəzərə alınaraq aparılır: “Azərbaycan 2 əsrdən artıqdır ki, əvvəlcə çar Rusiyası, sonra SSR-nin bilavasitə dəstəyi və köməyi ilə ermənilər tərəfindən Azərbaycan bir yandan torpaqlarından məhrum olub, bir yandan əhalisi qətlə yetirilib. Ancaq Azərbaycan nə qədər itki və işgəncələrə məruz qalsa da, xalqımız bağışlamağı tez bacarır. Hətta ona qarşı törədilmiş ən ağır əməlləri də qısa müddətdə yaddan çıxarır”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol