• $
  • €
  • ₽
  • ₺
  • £

Berlində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Berlində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
23.02.2014 10:16

Fevralın 22-də Almaniyanın paytaxtı Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, Berlin Türk Evində baş tutan tədbirdə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycanın Almaniya Federativ Resrublikasındakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov, Türkiyə Cümhuriyyətinin Almaniyadakı Baş Konsulu Ahmet Başar Şen, tarixçi alim Qasım Hacıyev, yazıçı  və yurnalist xanım Səriyyə Cəfərova, Almaniyada yaşayan Azərbaycan və Türkiyə vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.

 

Millət vəkili Azay Quliyev çıxış edərək belə bir tədbiri təşkil etdikləri üçün təşkilatçılara öz minnətdarlığını bildirib və bu cür tədbirlərin əhəmiyyətindən söz açaraq Xocalını ildə bir dəfə deyil, il boyu anılmasının və dünya ictimaiyyətinin diqqətində saxlanılmasının vacibliyini vurğulayıb. Almaniyadakı vətəndaş cəmiyyəti nümayəndələrini  Xocalı soyqırımının tanıdılması istiqamətində səylərini artırmağa çağıran şura sədri, rəhbəri olduğu qurumun Almaniyada fəaliyyət göstərən QHT-lərlə əməkdaşlığa hazır olduğu söyləyib. Eyni zamanda, millət vəkili Xocalı soyqırımının tanıdılmasının hüquqi asrektlərindən bəhs etdi və Heydər Əliyev Fondunun soyqırımın tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirərək artıq altı ölkənin Xocalı soyqırımını tanıdığını bildirib.

 

Azay Quyliyev fevralın 25-də Türkiyə və Azərbaycan QHT-lərinin Xocalı Soyqırımı ilə bağlı birgə bəyanat verəcəyi barədə razılığa gəldiklərini bildirib və Almaniyadakı QHT-ləri də bu bəyanata dəstək vermələrinə çağırıb. Azay Quliyev onu da bildirib ki, ermənilər qondarma erməni soyqırımının 100 illiyini qeyd etmələri ərəfəsində Xocalı soyqırımını gündəmdə saxlamaq olduqca vacibdir.  O, ermənilərin 100 il bundan qabaq olmamış bir hadisəni həqiqət kimi təqdim etdikləri, lakin bizim cəmi 22 il əvvəl baş verən və əlimizdə kifayət qədər sübutlar olduğu halda Xocalı soyqırımını istədiyimiz səviyyədə dünyada tanıtdıra bilmədiyimizi deyib və Azərbaycan Baş Prokurorluğunun Xocalı soyqırımını törədən 200 nəfər qarşı cinayət işinin açıldığını tədbir iştirakçılarının diqqətinə çatdırdı.

 

Həmçinin, Şuranın UEFA-ya, "Qalatasaray" və "Çelsi" futbol klublarına 26 fevral 2014-cü ildə İstanbulda UEFA Çemrionlar liqası çərçivəsində baş tutacaq “Qalatasaray” – “Çelsi” oyununda Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini və oyunçuların qollarına qara qolbaq bağlayaraq meydançaya çıxmaları barədə müraciətini diqqətə çatdırıb və “Atletiko” (Madrid) futbol klubunun bu ərəfədə baş tutacaq oyununda Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edəcəyi və qollarına qara qolbaq bağlayacaqları barədə qərar qəbul etdiyini və bunun çox mühüm bir hadisə olduğunu söyləyib.

 

Tədbirdə həmçinin, Heydər Əliyev Fondu tərəfindən çəkilmiş Xocalıya həsr edilmiş sənədli film də nümayiş olunub.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol