• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
21.02.2014 10:50
Prezident İlham Əliyev və hökumət rəhbərliyi Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Şərifovanın vəfatı ilə bağlı başsağlığı verib.AzərTAc-ın verdiyi  məlumata görə, nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi bildirilir:"Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Abbasmirzə qızı Şərifova 2014-cü il fevralın 20-də ömrünün 91-ci ilində vəfat edib.

Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur. 1931–1941-ci illərdə orta məktəbdə oxuyarkən Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. O, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1947-ci ildə həmin ali məktəbin vokal fakültəsini bitirib.

Əmək fəaliyyətinə Azərbaycan Musiqili Komediya Teatrında aktrisa kimi başlayan Firəngiz Şərifova 1949–1961-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961–1965-ci illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb. O, 1965-ci ildə yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına qayıdıb və 2011-ci ilədək taleyini bu sənət ocağı ilə bağlayıb.Milli teatrın və kinematoqrafiyanın inkişafında təqdirəlayiq xidmətləri olan Firəngiz Şərifova müasir Azərbaycan mədəniyyəti salnaməsində özünəməxsus yer tutan görkəmli sənətkarlardandır. Böyük səhnə ustaları Abbasmirzə Şərifzadə və Mərziyyə Davudovanın ailəsində zəngin teatr sənəti mühitində yetişərək o, çox sayda tamaşalarda və bədii filmlərdə canlandırdığı surətlər qalereyasını böyük ustalıqla güclü xarakterlər səviyyəsinə yüksəltməyə müvəffəq olub. Daxili zənginliyindən gələn səhnə mədəniyyəti və təkrarolunmaz fərdi ifadə üslubu Firəngiz xanıma sənətsevərlərin dərin rəğbətini qazandırıb.Sənətin estetik prinsipləri əsasında Firəngiz Şərifovanın milli teatr səhnəsində istedadla yaratdığı rəngarəng rollar tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. O, özünün dramatik təbiəti və əlvanlığı ilə seçilən ifa tərzinə daim yeni-yeni çalarlar əlavə etmişdir. Sənətkar gənc tamaşaçıların bədii zövqünün formalaşdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunması işinə layiqli töhfələr verib.Azərbaycan kinosunda Firəngiz Şərifovanın həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək parlaq ekran obrazları olub uğurlu tale yaşayıb. Aktrisanın müxtəlif televiziya tamaşalarında professionallıqla oynadığı rollar qiymətli sənət nümunələri olaraq milli televiziyanın fondunda qorunub saxlanmaqdadır. Onun sənətdə altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyorlar nəsli üçün əsl məktəbdir.Firəngiz Şərifovanın Azərbaycan teatr və kino sənətinin inkişafı sahəsindəki mühüm xidmətləri yüksək dəyərləndirilib. O, bir sıra mükafatlar və fəxri adlar alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifi olan "Şöhrət" ordeninə layiq görülüb.Görkəmli sənətkar, qayğıkeş və səmimi insan Firəngiz xanım Şərifovanın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.Allah rəhmət eləsin!”.Nekroloq İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Hicran Hüseynova, Azər Paşa Neymətov, Şəfiqə Məmmədova, Cənnət Səlimova, Amaliya Pənahova, Vaqif Əsədov, Tariyel Qasımov, Nurəddin Mehdixanlı, Ağaxan Salmanlının adından təqdim edilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol