• $
  • £

Zakir Həsənov xidməti müşavirə keçirib

Zakir Həsənov xidməti müşavirə keçirib
30.03.2024 11:32
Martın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin martın 18-də Xankəndi şəhərində Novruz bayramı münasibətilə xalqı təbrik edərkən İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Ordunun döyüş qabiliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin Azərbaycan Ordusuna verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.

Zakir Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq göstərişlər verib.

Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin davam etdirildiyi qeyd olunub. Bunun bariz nümunəsi olaraq dövlətimizin başçısının 28 dekabr 2011-ci il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsinin hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaratdığı xüsusi vurğulanıb.

Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarının şəxsi heyətə mütəmadi olaraq çatdırılması və bu qaydalara onlar tərəfindən əməl olunmasına ciddi nəzarət edilməsinin, eləcə də silah, döyüş və xüsusi texnikanın istismarı zamanı iqlim şəraitinin xüsusiyyətlərinə diqqət yetirilməsinin vacibliyi qeyd olunub.

Müdafiə naziri qoşun xidməti və ideoloji işin yüksək səviyyədə təşkilinə, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, həmçinin mühəndis və tibbi təminat üzrə həyata keçirilən zəruri tədbirlərə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonda general-polkovnik Z.Həsənov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım və maarifləndirici tədbirlərin keçirilməsi barədə göstərişlər verib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
Siyasət 14:11
İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
ABŞ Azərbaycanı TRIPP üzrə danışıqlar barədə məlumatlandırır — Bayramov
Siyasət 13:34
ABŞ Azərbaycanı TRIPP üzrə danışıqlar barədə məlumatlandırır — Bayramov
Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
Siyasət 10:04
Sahibə Qafarova Xəlilur Rəhmanla BMT və Milli Məclis arasında əməkdaşlığı müzakirə edib
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Siyasət 21:12
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Siyasət 18:49
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib

İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Siyasət 12:15
İlham Əliyev Şimali Makedoniya Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Siyasət 14:00
Prezident İlham Əliyev Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif edib
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Siyasət 13:56
Prezidentİpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edib - sərəncam
Putin Əliyevə zəng edib
Siyasət 13:14
Putin Əliyevə zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol