• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Latviyaya nota verdi

Azərbaycan Latviyaya nota verdi
20.02.2014 14:39

Azərbaycanın Latviyadakı səfirliyi bu ölkədə nəşr olunan “Yeni dünya coğrafiyası” dərsliyində Azərbaycan ərazi bütövlüyü ilə bağlı yol verilən yanlışlıqla bağlı Latviya tərəfinə nota təqdim edib.

Bu barədə APA-ya səfirliyin müşaviri Gəray Muradov məlumat verib.

 

G. Muradov deyib ki, fevralın 19-da məsələ ilə bağlı GUAM ölkələrinin Latviyadakı səfirliklərinin nümayəndələrinin görüşü keçirilib. Bundan başqa, səfir Elman Zeynalov Latviya Xarici İşlər Nazirliyinə gedərək dərslikdə yol verilmiş nöqsanlardan narahatlığını bildirib və qarşı tərəfə nota təqdim edib.

 

G. Muradov əlavə edib ki, yaranmış məsələ ilə əlaqədar araşdırma aparılıb və məlum olub ki, dərslik orta məktəblərdə istifadə olunmur. Bunu Latviya Təhsil Nazirliyi də təsdiqləyib. Latviya XİN bir daha bəyan edib ki, coğrafi xəritədə əksini tapmış səhv Latviyanın rəsmi mövqeyini əks etdirmir və rəsmi Riqa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

 

Qeyd edək ki, Latviyada çap olunan “Yeni dünya coğrafiyası” dərsliyində Azərbaycanın tərkibində qondarma “Dağlıq Qarabağ Respublikası”nın mövcud olduğu göstərilib və separatçı rejimin bayrağı öz əksini tapıb. 

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol