• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Ukraynadakı səfirliyi adi rejimdə işləyir

Azərbaycanın Ukraynadakı səfirliyi adi rejimdə işləyir
19.02.2014 13:28
Azərbaycanın Ukraynadakı səfirliyi adi qaydada işləyir. Azərbaycan vətəndaşlarının iğtişaşlarda iştirakı, yaxud da onların yaralanması haqda səfirliyə məlumat daxil olmayıb. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyinin konsul məsələləri üzrə I katibi Asim Osmanov məlumat verib. O bildirib ki, səfirlik adi qaydada işləyir, səfirliyin bütün əməkdaşları iş yerindədir. Səfirlik binasının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı məsələyə toxunan A.Osmanov qeyd edib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin digər səfirliklərdə olduğu kimi öz təhlükəsizlik xidməti var: “Biz rahat işləyirik. Təhlükəsizliyə hər hansı təhdid yoxdur”.  A.Osmanovun sözlərinə görə, indiyədək səfirliyə Azərbaycan vətəndaşlarının toqquşmalarda iştirakı, yaxud da onların yaralanması haqda məlumat daxil olmayıb. “Lakin biz müraciət edən bütün vətəndaşlara təhlükəsizlik məqsədilə qarışıqlıq olan yerlərə getməməyi məsləhət görürük”, - deyə o vurğulayıb. Qeyd edək ki, Kiyevdə iğtişaşlar fevralın 18-də yenidən başlayıb. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, tibbi yardım üçün 351 nəfər müraciət edib, toqquşmalarda iştirak etmiş 241 nəfər xəstəxanaya yerləşdirilib, 25 nəfər ölüb. İğtişaşlar zamanı Kanadanın Ukraynadakı səfirliyinin binası dağıdılıb. Bu üzdən səfirliyin qeyri-müəyyən müddətə bağlanılması haqda qərar verilib. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol