• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı deputat: "Erməni xalqı bizim düşmənimiz deyil"

Azərbaycanlı deputat: "Erməni xalqı bizim düşmənimiz deyil"
17.02.2014 12:22
“Erməni xalqı bizim düşmənimiz deyil. Biz bütövlükdə bir xalqı aşağılasaydıq, onda böyük türk soyu olmazdıq”.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev bazar günü Marneulidə “Xocalıya Ədalət!” kampaniyasına həsr olunan tədbirdə çıxışında deyib. Millət vəkili çıxışında “hamının düşməni - öz xoşbəxtliyini, millətinin gələcəyini başqa millətin bədbəxtliyi, başqa millətin torpaqlarını işğal etmə üzərində quranlardır”,  - deyə vurğulayıb. M. Dərziyev erməni saytlarını çox oxuduğunu, onların yazdıqlarının hamısının yalan olduğunu da bildirib: “Erməni daşnak ideologiyası erməni xalqının da düşmənidir. Mən heç vaxt istəməzdim ki, bizim cavanlar erməni xalqına nifrət ruhunda böyüsünlər. Lazım deyil belə tərbiyə. Bu bizi alçaldar, dünyanın gözündən salar. Bu gün biz “osetin qardaşlarımız”, “abxaz qardaşlarımız” kimi sözlər deyirik. Onların içində gürcüləri öldürən yoxdurmu? Əlbəttə, var. Amma bütövlükdə ayrı-ayrı adamlarla bütöv bir xalqa qiymət vermək olmaz. Dediyim kimi, bu ideologiyanın daşıyıcıları və həyata keçirənləri bu gün təəssüflər olsun ki, “böyük işlər” görürlər”. Azərbaycanlı deputat Xocalı faciəsinin hamının dərdi olduğunu bildirib: “Bu, çiynimizdə, qəlbimizdə daşıdığımız dərddir. Biz istəyirik ki, haqq-ədalət öz yerini alsın, Azərbaycanın 1 milyona çatan qaçqın və köçkünü öz yurduna, torpağına qayıtsın, Azərbaycan öz ərazi bütövlüyünə qovuşsun. Eyni problemi Gürcüstan da yaşayır. Bu, hər iki ölkənin suveren hüququdur”. Deputat həmkarına etirazını bildirən “Vahid Milli Hərəkat” Partiyasının olan azərbaycanlı deputat Azər Süleymanov isə bunları deyib: “Mən erməniyə dost kimi baxa bilmərəm. Gürcüstanda yaşayan azərbaycanlı kimi erməni millətini mənim birbaşa düşmənim olan millət sayıram. Bu, mənim şəxsi mövqeyimdir. Ruslar “parçala, hökm sür” siyasəti yürüdüblər. Amma bizim birbaşa düşmənimiz ermənilərdir”. O bu gün erməni QHT-lərinin iş apardığını, lakin azərbaycanlı QHT-lərinin çalışmadığını da bildirib: “Çox təəssüflər olsun ki, erməni diasporları, erməni QHT-ləri iş aparır. Aprelin 24-ü yaxınlaşır. İstər parlament, istərsə də başqa qurumlarda onlar fəallaşmağa başlayıblar. Amma bizim QHT-lərimiz təəssüflər olsun çalışırlar ki, Azərbaycandan 5-3 manat pul qopartsınlar. Fəal olmaq lazımdır. Yumruq kimi birləşmək lazımdır ki, hər bir işə qalib gələk”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol