• $
  • €
  • ₽
  • ₺
  • £

İsveç parlamentinə Xocalı soyqırımına dair bəyanat təqdim edildi

İsveç parlamentinə Xocalı soyqırımına dair bəyanat təqdim edildi
14.02.2014 17:52

“Azərbaycan Naminə“ Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində İsveç parlamentinə (349 deputata), İsveç hökumətinə və Xarici İşlər Nazirliyinə, İsveçdə yerləşən beynəlxalq təşkilatların ofisinə qətliamı pisləyən bəyanat təqdim edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanatda 1992-ci ilin 25-26 fevral tarixinin Azərbaycan tarixində qanlı faciə günü kimi yaddaşlarda həkk olunduğu, həmin gecə erməni silahlı qüvvələrinin Xocalı şəhərini tamamilə darmadağın etdiyi, bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə  hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir.

 

Sənəddə 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliam Xatın, Liditse, Oradur faciələri ilə müqayisə olunur. Sənəddə Xocalı şəhərini yer üzündən silən ermənilərin insanlığa sığmayan vəhşilikləri göstərilir: “Əlli nəfər görünməmiş qəddarlıqla qətlə yetirilib. Onların başlarının dərisi soyulub, başları, bədənlərinin hissələri kəsilib, gözləri çıxarılıb. Qəddarlıqla öldürülənlər arasında hamilə qadınlar da olub”.

 

Bəyanatda daha sonra deyilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir. Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının iki yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir.

 

Qətnamədə İsveç hökuməti, dünya ictimaiyyəti bu faciəyə biganə qalmamağa çağırılır: “Bu gün Xocalı sakinləri, məruz qaldıqları qətliama ədalətli qiymət veriləcəyi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağı ümidi ilə yaşayırlar. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdır ki, cinayət cəzasız qalmasın”.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol