• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İsrail arasında mühüm saziş

Azərbaycan və İsrail arasında mühüm saziş
14.02.2014 15:13

“İsrailə Azərbaycanın energetika sahəsindəki təcrübəsi maraqlıdır”.

Azərbaycan və İsrail ikiqat vergi ödəməmək üçün saziş imzalamağa hazırlaşırlar.

Oxu.Az Vesti.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı, Bakıda səfərdə olan,  İsrailin Eksport İnstitutunun direktoru Ramzi Qabay xəbər verib.

“Biz, Azərbaycanın Eksport və İnvestisiyalara Dəstək Fondunun (AZPROMO) başçısı Rüfət Məmmədov ilə görüşdük. Bu görüşün nəticəsi inkişafı üçün bütün lazımi şəraitin və potensialın olduğu, birgə əməkdaşlığı fəallaşdırmaq qərarı oldu. Bundan başqa, biz standartlaşdırma üzrə daha bir saziş üzərində işə başladıq. Ümid edirik ki, hər iki sənəd üzərində işi cari ildə başa vura biləcəyik” – deyə Ramzi Qabay bildirib.

Onun sözlərinə görə İsrail Azərbaycana yeni texnologiyalar gətirə bilər.

“Söhbət müxtəlif: tibb, mobil texnologiyalar, kənd təsərrüfatı, qida sənayesi və s. sahələrdən gedir. Bizim şirkətlər Azərbaycanda tikilən kimya, texnoloji parklara sərmayə yatırmaqda maraqlıdırlar. Bununla yanaşı bizim də burda öyrənəcəyimiz çox şey var – İsraili Azərbaycanın energetika sahəsində, əsasən də neft və qaz sənayesi sahəsində təcrübəsi maraqlandırır” – deyə Qabay əlavə edib.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan və İsrail arasında əmtəə dövriyyəsi 2013-cü ildə 1,28 milyard dollar olub.

Demək olar ki, bu dövriyyə tam olaraq Azərbaycan məhsullarının eksportu hesabına düşür, keçən il isə ölkəyə izrail mallarının importu 17,59 milyon dollar məbləğində olduğu halda  bu pay 1,26 milyard dollar idi.

Oxu.az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol