• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ ştatı Azərbaycanla bağlı Bəyannamə qəbul etdi

ABŞ ştatı Azərbaycanla bağlı Bəyannamə qəbul etdi
14.02.2014 11:22
 Fevralın 13-də ABŞ-ın Yuta ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən Azərbaycan xalqının və prezident İlham Əliyevin tarixi nailiyyətlərini təqdir edən rəsmi Bəyannamə (Official Citation Honoring The President and Citizens of Azerbaijan) qəbul olunub.Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, Bəyannamə Senat sessiyası zamanı prezident Vayn Niderhauzer tərəfindən oxunduqdan sonra sənədin həmmüəlliflərindən olan senator Cin Devis tərəfindən Azərbaycan səfiri Elin Süleymanova təqdim edilib. E. Süleymanov hər iki palata mənsublarına, eləcə də sənədin həmmüəlliflərinə öz dərin təşəkkürünü bildirərək bu sənədin ştatla Azərbaycan arasında münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradacağını vurğulayıb. Senator C. Devis çıxış edərək Azərbaycanın regionda ABŞ-ın strateji tərəfdaşı olduğunu söyləyib və gənc dövlət olmasına baxmayaraq, Azərbaycanın tarixi dövlətçilik ənənələrinə malik olduğunu deyib. Bəyannamədə Sovet İttifaqının dağılması ilə müstəqilliyini əldə edən Azərbaycanın türk dünyası və müsəlman şərqində ilk demokratik dövlətçilik ənənələrinə malik olan dövlət olduğu göstərilir, habelə Azərbaycanın qadınların seçki hüququnu tanıyan ilk dövlətlərdən olduğu ifadə edilir. Sənəddə xüsusilə vurğulanır ki, ABŞ və Azərbaycan demokratiya, insan hüquqları və universal azadlıqlarla bağlı eyni dəyərləri bölüşürlər. Yuta Ştatının qanunvericilik orqanın hər iki palatası tərəfindən qəbul edilən Bəyannamə Senat prezidenti Vayn Niderhauzer, Nümayəndələr Palatasının spikeri Rebeka Lokhart, senator Cin Devis və konqresmen Lin Heminquey tərəfindən imzalanıb. C. Devis və L. Heminquey 2013-cü ilin may ayında Bakıda keçirilmiş ABŞ-Azərbaycan Forumu zamanı ABŞ nümayəndə heyəti tərkibində Azərbaycanda səfərdə olub. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol