• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur turizm saytından Azərbaycana qarşı böyük səhv

Məşhur turizm saytından Azərbaycana qarşı böyük səhv
14.02.2014 10:54
Mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. APA-nın məlumatına görə, bununla belə, “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın tərkibində qeyd olunub. Funksiyası rus, ingilis, ərəb, fransız və digər dillərdə səyahətçilərə ölkələr, turizm obyektləri və otelləri haqqında məlumat bazası rolunu oynayan saytda qondarma “Dağlıq Qarabağ Respublikası”nın otelləri, turizm imkanları barədə məlumat verilib. Faktla bağlı APA-ya açıqlama verən Mədəniyyət və Turizm Nazirliyinin Təbliğat sektorunun müdiri Vüqar Şıxəmmədov bildirib ki, bununla bağlı nazirlik hazırda “Tripadvisor.com” turizm saytına müraciət hazırlayır: “Dağlıq Qarabağın Azərbaycanın tərkibində qeyd edilməsi təqdirəlayiqdir. Bu, Azərbaycan torpaqlarının və ərazi bütövlüyünün tanınması deməkdir. Yalnız saytda xəta ərazinin Dağlıq Qarabağ Respublikası kimi qeyd olunmasıdır. Bir müraciətimizdə bildirəcəyik ki, bu, respublika deyil, düzəliş etsinlər”. Nazirlik rəsmisi onu da qeyd edib ki, həmin saytda qeyd olunan mehmanxanalar Azərbaycan qanunvericiliyinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lisenziya almalıdır: “Saytdan xahiş edəcəyik ki, hazırda Dağlıq Qarabağdakı mehmanxanalar lisenziyasız fəaliyyət göstərdiyi üçün onlar həmin saytdan yığışdırılsın”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev isə APA-ya bildirib ki, bu məsələ araşdırılır: “Müvafiq diplomatik nümayəndəliyə lazımi təlimatlar verilib”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol