• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniyada Xocalı soyqırımının ildönümü münasibətilə simpozium

Almaniyada Xocalı soyqırımının ildönümü münasibətilə simpozium
13.02.2014 09:00
Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının AFR-dəki Səfirliyi və “Alman-Azərbaycan Forumu”nun birgə təşkilatçılığı və ARDNŞ-in Almaniya nümayəndəliyinin dəstəyi ilə Berlində, “Alman Parlament Cəmiyyəti”ndə “Cənubi Qafqazda Təhlükəsizlik və Sabitlik. Almaniya-Azərbaycan Əməkdaşlığının Perspektivləri” adlı simpozium keçirilib.Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, AFR hökuməti, Bundestaq, Almaniyanın ictimai-siyasi, iqtisadi və mədəni dairələri, Berlindəki diplomatik missiyalar, Almaniyadakı Azərbaycan diasporu və mətbuat nümayəndələrindən ibarət 200 nəfərə yaxın iştirakçının qatıldığı tədbir giriş nitqləri ilə başlayıb. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazov 22 il əvvəl Xocalıda azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətin təfərrüatları haqqında danışıb. Səfir daha sonra Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanın Avropa İttifaqı və AFR-lə tərəfdaşlığının daim dərinləşdiyi barədə ətraflı məlumat verib, Ermənistan-Azərbaycan münaqişəsinin regionda sülhə böyük təhlükə olmaqla yanaşı, regionun inkişafı və Avropa İttifaqı ilə münasibətləri üçün maneələr yaratdığını vurğulayıb. P.Şahbazov Ermənistanın ölkəmizə təcavüzünün ağır nəticələri və Xocalı soyqırımının ağrılarına baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə və ədalətli həllinə çalışdığını diqqətə çatdırıb. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Dağlıq Qarabağ münaqişəsində status kvonun qəbul edilməz olduğunu və bunun dəyişilməsi üçün beynəlxalq səylərin artırılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı özünün etibarlı tərəfdaşı olan Azərbaycanın yerləşdiyi regionda sülh və təhlükəsizliyin təmin edilməsinə daha böyük diqqət yetirməlidir. Nazir müavini qeyd edib ki, işğala son qoyulması regional inkişaf və inteqrasiya proseslərinə təkan verərdi. “Alman-Azərbaycan Forumu”nun sədr müavini, AFR Bundestaqının keçmiş deputatı Helqa Daub Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmaması nəticəsində Azərbaycan torpaqlarının 20 %-nin işğal altında qalması və bir milyonadək azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasını, azərbaycanlı mülki əhalinin qətlə yetirildiyi, Xocalı faciəsinin Azərbaycan və Ermənistan münasibətlərində dərin iz buraxdığını diqqətə çatdırıb. Xocalı hadisələrini insanlığın faciəsi adlandıran AFR İqtisadi Əməkdaşlıq Nazirliyinin dövlət katibi Kristian Şmit  Almaniyanın Cənubi Qafqaz ölkələri ilə inkişafa yardım əməkdaşlığında münaqişələrin nizamlanması üçün münaqişə tərəfləri arasında qarşılıqlı etimadın yaradılmasına diqqət verdiyini vurğulayıb. Tədbirin ikinci hissəsində isveçrəli jurnalist Andre Vidmerin “Unudulmuş münaqişə. Dağlıq Qarabağ müharibəsindən 20 il sonra” başlıqlı kitabının təqdimatı keçirilib. Alman publisist Rixard Kislerin aparıcılığı ilə keçən təqdimat mərasimində müəllif A.Vidmer Ermənistan təcavüzünün yaratdığı fəsadlar, işğal altındakı torpaqlardakı vəziyyət və azərbaycanlı əhalinin qaçqın və məcburi köçkün həyatı haqqında təəssüratlarını bölüşüb və münaqişə zonasından çəkdiyi şəkilləri nümayiş etdirib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol