• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Kanada səfirinin etimadnaməsini qəbul edib - Yenilənib

Prezident Kanada səfirinin etimadnaməsini qəbul edib - Yenilənib
01.07.2024 17:47
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib.


Kevin Hamilton Azərbaycanın çox gözəl, dinamik inkişaf edən və mühüm ölkə olduğunu vurğulayıb.
 
"Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa regionda əməkdaşlıq üçün yeni imkanların yarana biləcəyinə ümidvarlığını bildirən səfir dedi ki, biz regionda daha yaxşı münasibətlərin qurulmasını arzulayırıq ki, bunun nəticəsində bizim həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrimiz inkişaf etsin",  - Hamilton deyib.


Səfir Kanadanın həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, ədalətli, əhatəli və daimi sülh müqaviləsi üzərində fəal iş aparıldığından məlumatlı olduğunu bildirib.


Dövlət başçısı Azərbaycan ərazisinin  işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd edib.  Prezident həmin dövrdə münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildiyini, lakin bu səylərin uğursuz olduğunu bildirib. 


"COP29 məsələsində Ermənistan bizim bu tədbirə ev sahibliyi etməklə bağlı məhdudiyyətini aradan qaldırdı, biz isə onların COP-un idarəedici orqanlarında iştirakına qarşı çıxmadıq.  Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz üçün mühüm rol oynaya bilər. İndi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Azərbaycan Prezidenti qeyd etdi ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur.",  -  prezident bildirib. 
 
 
 
 
 
11:18
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib. Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol