• $
  • €
  • ₽
  • ₺
  • £

Çin Orta Dəhlisin inkişafında maraqlıdır - səfir

Çin Orta Dəhlisin inkişafında maraqlıdır - səfir
05.07.2024 10:39
Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına böyük əhəmiyyət verir. Bunu Çinin Xalq Respublikasının  Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao bildirib. 

"Çin və Azərbaycan liderləri iyulun 3-də Astanada keçirilən görüş çərçivəsində iki mühüm sənəd imzalayıblar ki, bunlardan biri Orta Dəhlizin inkişafı ilə bağlıdır",  - Tao bildirib.

O xatırladıb ki, 2024-cü ilin əvvəlindən Çinin bir sıra şəhərlərindən Xəzər dənizi vasitəsilə Azərbaycana 100-dən çox qatar daxil olub ki,  bu da ötən illə müqayisədə təxminən 9 dəfə çoxdur.

"Hazırda Çin və Azərbaycan sahibkarları infrastruktur sahəsində əməkdaşlığı gücləndirmək və səmərəli logistikanı yaxşılaşdırmaq üçün əlaqələr saxlayırlar”, - müvəqqəti işlər vəkili bildirib.

Onun sözlərinə görə, Çin "Bir Kəmər və bir Yol” təşəbbüsünü təşviq etməyə və təchizat zəncirinin sabitliyini qorumağa hazırdır.

"İkitərəfli münasibətlərin inkişafını yüksək qiymətləndiririk. Astanada keçirilən sammit zamanı dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Bu, bir daha göstərib ki, Çin və Azərbaycan bir-birinin əsas maraqlarını dəstəkləməyə hazırdır”, - səfir vurğulayıb.

O həmçinin qeyd edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm tərəfdaşıdır və Çin bu ölkənin təşkilat çərçivəsində statusunu yaxşılaşdırmaq istəyini dəstəkləyir.

"Azərbaycan 2016-cı ildə ŞƏT-in tərəfdaşı olub və təşkilat ailəsinin mühüm üzvüdür. Çin Azərbaycanın ŞƏT ilə əməkdaşlığı gücləndirmək istəyini və bu təşkilatda ölkənin hüquqi statusunun yüksəldilməsini dəstəkləyir”, - Tao bildirib.
 
Çin 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb.
 
İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il aprelin 2-də qurulub. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol