• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Administrasiyasında DƏYİŞİKLİK

Prezident Administrasiyasında DƏYİŞİKLİK
11.02.2014 10:08
Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat”da dəyişikliklər edilməsi haqqında fərman verib.APA-nın verdiyi məlumata görə, indiyə qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məxfi sənədlərlə iş qaydaları xüsusi Əsasnamə ilə müəyyən olunub. Dəyişikliyə əsasən bundan sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məxfi sənədlərlə iş qaydaları Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq həyata keçiriləcək. Administrasiyanın struktur bölməsinin işçisi kompüterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə iş vaxtı bitdikdən sonra iş otağını tərk edərkən istifadəsində olan kompüteri söndürməklə yanaşı, onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompüterlə birləşdirən xətti kompüterdən ayırmalıdır. Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etmədikdə məsuliyyət daşıyacaq. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol