• $
  • £

Dağlıq Qarabağda müharibə proqnozu: "Çoxlu insan itkisi olacaq"

Dağlıq Qarabağda müharibə proqnozu: "Çoxlu insan itkisi olacaq"
10.02.2014 21:50
"Əgər Azərbaycanla Ermənistan arasında yeni müharibə başlayarsa bu 90-cı illərdə Qarabağda gedən müharibədən fərqlənəcək". ANS PRESS-in məlumatına görə, bunu Amerika Xarici Siyasət Şurasının eksperti Ueyn Meri Amerikanın Səsinə müsahibəsində deyib. Ekspert müharibənin texnologiyanın son nailiyyəti olan silahlarla aparılacağını bildirib: "Tərəflər bir-birlərinə uzaqdan zərbələr endirəcəklər. Ancaq hər iki tərəf yerüstü əməliyyatlara başlamayana qədər bu əməliyyat həlledici olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli üçün sərt əməliyyatlar aparmaq lazımdır. Hər iki tərəf təmas xəttini keçərək bir-birinin ərazisini tutmağa cəhd edəcək, çoxlu insan itkisi olacaq. Ancaq mən inanmıram bu münaqişənin siyasi yolla həllinə gətirib çıxaracaq". Ueyn Meri deyib ki, hərbi əməliyyatlar hər iki tərəf üçün də böyük məğlubiyyətlə nəticələnə bilər. Ermənistanın rəsmi Moskva, Azərbaycanın isə rəsmi Ankaraya ümid bəsləməsinə gəlincə ekspert Rusiya ilə Türkiyənin Qarabağ uğrunda mübarizəyə qalxacaqlarına inanmadığını bildirib. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Efiopiyaya gedib
Siyasət 15:11
Sahibə Qafarova Efiopiyaya gedib
Prezident üç səfiri geri çağırıb - sərəncam
Siyasət 14:11
Prezident üç səfiri geri çağırıb - sərəncam
Putin və Əliyev Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər - Yenilənib
Siyasət 12:48
Putin və Əliyev Rusiya-Azərbaycan münasibətlərini müzakirə ediblər - Yenilənib
XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir
Siyasət 11:45
XİN: Zaxarovanın Qarabağla bağlı açıqlamaları reallığı təhrif edir
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Siyasət 16:28
MEDİA: İranın AzTV-ni "düşmən media" siyahısına salması təəccüb doğurur
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Siyasət 13:32
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Siyasət 13:25
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol