• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın müdafiə naziri Ermənistan sərhədində

Azərbaycanın müdafiə naziri Ermənistan sərhədində
08.02.2014 14:58

General-polkovnik Zakir Həsənov Tovuzun Əlibəyli kəndinin sakinləri ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 7-də cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət ediblər.

 

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə xəttinə yaxın yerləşən Əlibəyli kəndində olub, sakinlərlə görüşərək, onların qayğıları və problemləri ilə maraqlanıb. Kənd sakinləri öz vəziyyətləri barədə danışaraq, kəndlərin müdafiəsində iştirak və könüllü olaraq döyüşlərə qatılmaq üçün müdafiə nazirinə müraciət ediblər. Nazir Z. Həsənov döyüşlərdə iştirak etmiş Əlibəyli kənd sakinlərindən birinə xatirə olaraq öz saatını bağışlayıb.

 

Sonra müdafiənin ön xəttindəki mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə medal və qiymətli hədiyyələr təqdim edilib.

 

General-polkovnik Zakir Həsənov cəbhə bölgəsindəki zirehli texnikanın döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili ilə də tanış olub. Nazir müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol