• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

AŞPA rəsmisi Azərbaycan hakimiyyətini yenə tənqid edib

AŞPA rəsmisi Azərbaycan hakimiyyətini  yenə  tənqid edib
26.08.2024 14:13
AŞPA-da Almaniya nümayəndə heyətinin sədri Frank Şvabe X hesabında rəsmi Bakının bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə səs verən üzvlərinin ölkəyə girişinin qadağan edilməsi barədə haqqında qərarını tənqid edərək bildirib ki, demokratik ölkələrdə səyahət qadağaları yalnız ekstremistlərə və zorakı cinayətkarlara şamil edilir.
 
Şvabe həmçinin Azərbaycanın yenə parlament seçkilərinə Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidəçi kimi dəvət olunmamasına irad bildirib.

O bildirib ki,  COP29-da iştirak üçün Azərbaycana gəlmək niyyətindədir. 

Bir müddət əvvəl Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin əleyhinə səs verən deputatları "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsi barədə bəyanat səsləndirmişdi.
 
Şvabenin "Azadlıq Radiosu"na müsahibəsində Azərbaycanın Avropa Şurasında üzvlükdə maraqlı olmadığı, Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmadığı  da yer alıb.

"AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanadək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək",  -  Hacızadə bildirib. 
 
Hacızadə Şvabenin ifadələrini "qərəzli" və "yalan" adlandırıb.

Yanvarın 24-də AŞPA Azərbaycanın Avropa Şurası qarşısında "əsas öhdəliklərini yerinə yetirməməsi", eləcə də prezident seçkilərinə Assambleyadan müşahidəçilər dəvət etməməsi səbəbindən ölkənin nümayəndə heyətinin səlahiyyətlərini 1 il müddətinə təsdiq etməyib.

76 deputat bu qərarın lehinə səs verib, 10-u "əleyhinə" çıxıb, 4-ü isə bitərəf qalıb.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol