• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa Məhkəməsi Azərbaycan dövlətinin qərarlarında səhv tapdı

Avropa Məhkəməsi Azərbaycan dövlətinin qərarlarında səhv tapdı
06.02.2014 14:55

Ramiz Rzayev: “2012-ci  ilin rəqəmləri ilə müqayisədə ötən il daha az pozuntunun qeydə alınması bizi arxayınlaşdırmamalıdır”

“Mütəmadi olaraq qanunlarımızı və məhkəmə təcrübəmizi təkmilləşdirərək Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğunlaşdırmalıyıq. Ali məqsədimiz qanunun aliliyini, insanların və vətəndaşlarımızın hüquq və azadlıqlarının məhkəmə qaydasında daha da səmərəli müdafiə olunmasını təmin etməkdir”. Bunu Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev “Azərtac” Dövlət Agentliyinə eksklüziv müsahibəsində deyib. 

 

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsində təqribən 100 minə yaxın işin icraatda olduğunu bildirən R. Rzayev bu şikayətlərin yarısından çoxunun cəmi 4 ölkənin payına düşdüyü deyib: “Rusiya, İtaliya, Ukrayna və Serbiya. Əgər Məhkəmənin 2013-cü ilə olan rəsmi statistik məlumatlarına nəzər yetirsək, görərik ki, Avropada dövlətlər var ki, onlar tərəfindən 119, 118, 83, 65 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən pozuntu aşkar olunub. Əhalisi Azərbaycan əhalisinin sayı ilə təqribən eyni olan Avropa dövlətləri ilə müqayisədə  etsək, belə dövlətlərə qarşı 2013-cü ildə 5 061, 1 209, 990, 726 şikayət daxil olduğu halda, Azərbaycan dövlətinə qarşı cəmi 325 şikayət daxil olub”.

 

Ali Məhkəmənin sədri, bu işlərə baxılan zaman qeyd olunan müxtəlif dövlətlər tərəfindən keçən il 40, 32, 25, 22 qərarda Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Konvensiyanın ayrı-ayrı müddəalarının pozuntusunun aşkar olunduğunu deyib.

 

Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən cəmi 8 qərarda pozuntu müəyyən edilib: “Ümumiyyətlə, çıxarılmış 8 qərardan altısında Konvensiyanın 3-cü, 6-cı maddələri, 1 saylı Protokolunun 1-ci maddəsi və digər maddələri ilə pozuntu aşkar olunub. Qeyd etmək istərdim ki, bu qərarların ikisində pozuntu məhkəmə qərarlarının icra olunmamasından ibarət olub. 2012-ci  ilin rəqəmləri ilə müqayisədə daha az pozuntu qeydə alınıb. Təbii ki, biz bununla arxayınlaşmamalıyıq ki, 2013-cü ildə göstəricimiz nəzərə çarpacaq dərəcədə yaxşılaşıb”.

APA

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol