• $
  • €
  • ₽
  • ₺
  • £

Həmsədrlər bəyanat yaydı

Həmsədrlər bəyanat yaydı
06.02.2014 14:24
 ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə son səfərləri ilə bağlı bəyanat yayıblar. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik (Polşa) fevralın 4-5-də Azərbaycan və Ermənistana səfər çərçivəsində iki ölkə prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçiriblər. Bəyanatda bildirilir ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqların Vyana görüşündə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmsədrlər cəbhə xəttində atəşkəs pozuntularının artmasından narahatlıqlarını bildiriblər və hər iki tərəfi hərbi ritorikanın dərəcəsini azaltmağa çağırıblar. Onlar eyni zamanda, xüsusilə Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı tərəfləri gərginliklərin qarşısını almağa çağırıblar: “Həmsədrlər tərəflərlə gələn həftələr ərzində yüksək səviyyədə görüşlərin keçirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol