Seçkilərin ilkin nəticələri həmin gün açıqlanacaq - MSK
29.08.2024 17:44
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin ilkin nəticələri həmin gün açıqlanacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
"Bu seçkilərdə də çalışacağıq ki, ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”, - Məzahir Pənahov vurğulayıb.