• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: “Kəşmir və Dağlıq Qarabağ işğal olunub”

Səfir: “Kəşmir və Dağlıq Qarabağ işğal olunub”
05.02.2014 12:03
“Mən Azərbaycanda olmaqdan çox şadam. Ölkələrimiz bir-birinə yaxındır. Prezident İlham Əliyevlə görüşəndə qeyd etdim ki, Azərbaycan, Türkiyə və Pakistan üç fərqli ölkə olsa da, xalqlarımız birdir. Siyasi əlaqələrimizin səviyyəsi çox yüksəkdir və iqtisadi əlaqələrimizi də bu səviyyəyə qaldırmaq lazımdır”.APA-nın məlumatına görə, bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Xalid Usman Qayser keçirdiyi mətbuat konfransında bildirib. Səfir əlavə edib ki, prezident İlham Əliyev Pakistanda çox böyük hörmətə malikdir: “Pakistan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tanıyır və buna görə Ermənistanı dövlət kimi tanımır. Biz yeganə dövlətik ki, Ermənistanı tanımırıq. Eyni zamanda biz Azərbaycanın Kəşmir məsələsində verdiyi dəstəyi alqışlayırıq”. Kəşmir və Dağlıq Qarabağ məsələləri arasında oxşarlıqlara toxunan X.U.Qayser bildirib ki, Kəşmir və Dağlıq Qarabağ işğal olunub: “İkinci oxşarlıq ondan ibarətdir ki, bu məsələlərdə insan haqları, beynəlxalq hüquq pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmayıb, işğal olunmuş ərazilərimizdə demoqrafik dəyişikliklər edilib. Kəşmirdə davamlı olaraq insan hüquqları pozulur, minlərlə insan girov götürülüb və ya itkin düşüb. Bütün beynəlxalq təşkilatlar bu barədə xəbərdardır, amma heç kim bir söz demir”. Səfir “Pakistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nə cür yardım göstərə bilər” sualını cavablandırarkən bildirib ki, bununla bağlı Pakistanın qanunverici orqanlarında qətnamələr qəbul edib və həmin sənədlərdə Ermənistanın Azərbaycan torpaqlarını işğalı pislənir: “Eyni zamanda Pakistan Azərbaycanı beynəlxalq arenada dəstəkləyir. Eyni ilə Azərbaycan hərəkət edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Kəşmir məsələsi ilə bağlı kontakt qrupunun üzvüdür və biz bu məsələlərin həlli üçün bir-birimizlə əməkdaşlıq edirik”. İqtisadi əlaqələrə toxunan diplomat deyib ki, prezidentlə görüşündə Azərbaycan-Pakistan birgə istehsalat müəssisənin təsis edilməsi, qarşılıqlı sərmayələrin yatırılması məsələləri müzakirə olunub: “İstəyirik ki, Pakistan biznesmenləri Azərbaycana gəlsin və burada olan imkanları görsünlər. Pakistanın əczaçılıq, tekstil sahələri çox güclüdür. Eyni zamanda idman məhsullarının istehsalında da rəqabət qabiliyyətliyik. Gələn il Bakıda Avropa Olimpiya Oyunları keçiriləcək. Çalışacağam ki, Pakistan biznesmenlərini bu sahəyə cəlb edim”. İki ölkə arasında birbaşa aviareyslərin açılması barədə danışan X.U.Qayser qeyd edib ki, hazırda “Pakistan İnternational Airlines” aviaşirkəti belə reysləri icra etmək imkanlarına malik deyil: “Təklifimiz var ki, “Turkish Airlines” aviaşirkəti İstanbul-Bakı-İslamabad marşrutu üzrə uçuşlara başlasın. Hələlik bu təkliflərimizi irəli sürmüşük”. Mətbuat konfransının sonunda 5 fevral - Kəşmir Həmrəylik Gününə həsr olunmuş videoçarx nümayiş olunub.ANN.Az 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol