• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici işlər naziri cəbhə bölgəsindəki gərginlikdən danışdı

Xarici işlər naziri cəbhə bölgəsindəki gərginlikdən danışdı
04.02.2014 13:31
“Böyük sülh sazişi üzərində işə nə qədər tez başlanılsa, bu, bir o qədər çox regiona xeyir verəcək”. APA-nın məlumatına görə, belə bir bəyanatla bu gün Bakıda keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Qoşunların təmas xəttində atəşkəsin pozulması hallarının Qarabağ nizamlanmasına təsiri barədə sualı cavablandıran XİN başçısı təmas xəttində ara-sıra atışmaların baş verdiyini təəssüflə qeyd edib. O bildirib ki, Azərbaycan əsgərləri Ermənistan tərəfindən açılan atəşə cavab verir. “Fikir verdinizsə, hər dəfə danışıqlarda bir qədər irəliləyiş olanda, belə hallar baş verir. Lakin biz hesab edirik ki, danışıqları davam etdirmək lazımdır” deyən nazir hazırda ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgədə olduğunu xatırladıb. “Əvvəllər də dediyim kimi, son görüşlərdə, o cümlədən Paris görüşü çərçivəsində biz konkret məsələləri müzakirə edirik. Bundan sonra onlar İrəvana göndəriləcək. Əgər İrəvanda bu məsələlərlə bağlı hər hansı nəticə əldə olunsa, o halda nazirlər və yaxud prezidentlər səviyyəsində yenə görüş keçirilə bilər”, - deyə E.Məmmədyarov vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan bu il Qarabağ nizamlanmasında irəliləyiş əldə etmək üçün danışıqları davam etdirmək niyyətindədir. "Böyük sülh sazişi üzərində işə nə qədər tez başlanılsa, bu bir o qədər çox regiona xeyir verəcək”, - deyə o qeyd edib.  ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol