• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Trampa zəng vurub

İlham Əliyev Trampa zəng vurub
25.11.2024 22:40
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı əsnasında dövlət başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib və bildirib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.

Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.

Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.

Tramp öz növbəsində səmimi təbriklərə görə İlham Əliyevə dərin təşəkkürünü bildirib,ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol