• $
  • €
  • ₽
  • ₺
  • £

Rəsmi Bakıdan İrəvana cavab

Rəsmi Bakıdan İrəvana cavab
15.01.2025 22:31

Ermənistanın hazırkı Xarici İşlər Nazirliyi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in bəyanatı ilə bağlı şərhində deyilir.
 
"Ermənistan Xarici İşlər Nazirliyinin guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərir.
 
Ermənistan XİN-ə xatırladırıq ki, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir.
 
20-ci əsrin əvvəllərindən 1920-ci illərin əvvəllərinə qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlardan və sürgünlərdən əlavə, 1948-1953-cü illərdə və 1987-ci ildən başlayaraq Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından ümumilikdə 450 min nəfərdən çox azərbaycanlının kütləvi surətdə qəddarcasına deportasiya edilməsi faktları Ermənistan tərəfinə yaxşı məlumdur.
 
Ermənistan XİN-i bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür.
 
Ermənilərin saxta propaqandasının tərkib hissəsi olan uydurma "Sumqayıt qırğınları"nın Azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan bir plan olduğunu bütün dünya bilir.
 
Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına varlanan və qazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixi abidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaq hüququnun olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbər verir. 
Ermənistan tərəfindən tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğat sülhə xidmət etmir və təhlükəlidir", - Hacızadə qeyd edib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol