Putin Trampı təbrik edib

Rəsmi Moskva Donald Trampı ABŞ prezidenti vəzifəsinə başlaması münasibətilə təbrik edir. Bu barədə Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna münaqişəsi ilə bağlı yeni ABŞ administrasiyası ilə dialoqa açıqdır. Putin əlavə edib ki, "məqsəd qısamüddətli atəşkəs deyil, bu regionda yaşayan bütün xalqların qanuni maraqlarına hörmət əsasında uzunmüddətli sülh olmalıdır".
O, həmçinin vurğulayıb ki, Kreml ABŞ-la münasibətlərin bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında qurulacağına ümid edir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 15:17
İlham Əliyev Vyetnamın 2020-ci ildə Azərbaycana dəstəyinə görə minnətdarlığını bildirib
Son xəbərlər 
Daha çox 






















